“Heç özüm zəlzələni hiss etmədim, zəng edib dedilər”

“Heç özüm zəlzələni hiss etmədim, zəng edib dedilər”

Tarix: 07 Dec 2023 12:44

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün səhər saatlarında baş verən zəlzələni heç özünün hiss etmədiyini bildirib.

“Qafqazinfo”nun məlumatına görə, o bu barədə bu gün keçirdiyi brifinqdə deyib.

Q. Yetirmişli əlavə edib ki, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: “Bu gün heç özüm də zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az

Xəbər Lenti