- Şənbə, 11 Yanvar, 2025
Tarix: 06.06.2024 16:51
İqlim maliyyələşdirilməsi inkişafa təşviq edən amildir. Ölkələrin daha aşağı karbonlu iqtisadiyyatlara keçid etmək üçün böyük investisiyalara ehtiyacı var.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer çıxışı zamanı deyib.
O bildirib ki, COP28-də ilk dəfə iqlimlə bağlı daha səmərəli addımlar həyata keçirmək üçün özəl sektor nümayəndələri cəlb edilib. "COP29-la bağlı gözləntilər odur ki, iqlimlə əlaqədar maliyyə vəsaitləri ilə bağlı öhdəliklər olacaq. Eyni zamanda COP29-da özəl sektorun iştirakı vacibdir", - deyə Aleksandra Sözer əlavə edib.