KİV: Heqset ABŞ Quru Qoşunlarının modernləşdirilməsinə mane olur

KİV: Heqset ABŞ Quru Qoşunlarının modernləşdirilməsinə mane olur

Tarix: 03 Sep 2026 08:03

ABŞ müdafiə naziri Pit Heqsetin fəaliyyəti ölkənin Quru Qoşunlarının modernləşdirilməsinə mane olur.

Bu barədə CNN ABŞ və Avropalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Quru Qoşunları naziri Daniel Driskoll Heqsetin ordunun döyüş hazırlığına və islahatına cavabdeh generalların istefası ilə bağlı göstərişlərindən narahatlığını ifadə edib.

CNN-in mənbələri Driskollun fikri ilə razılaşaraq bildiriblər ki, Pentaqon rəhbəri XXI əsrdə döyüşlərin dəyişən xarakterinə, xüsusilə pilotsuz uçuş aparatlarının artan roluna uyğun olaraq Quru Qoşunlarının yenidən qurulmasına mane olur.

CNN-in məlumatına görə, Heqset bunun əvəzinə özünün amerikalı döyüşçü imicinə və hərbçilər arasında, onun fikrincə, əsl hərbi ruhun bərpasına üstünlük verir.

CNN onu da qeyd edir ki, onun baxışları ilə razılaşmayan hərbi rəhbərlik nümayəndələri vəzifələrindən uzaqlaşdırılır.

ABŞ Pentaqon Heqset

Mənbə: apa.az

Xəbər Lenti