Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib

Tarix: 04 Sep 2026 17:10

Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qəbulda Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarından ümumilikdə 68 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Selcan Zaurqızı Ədliyyə naziri Fərid Əhmədov Yevlax şəhəri vətəndaş qəbulu
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib

Mənbə: apa.az

Xəbər Lenti