Azərbaycan yığması Albaniyaya məğlub olub

Tarix: 07.06.2024 23:14

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komandamız Macarıstanda Albaniya ilə qarşılaşıb.

Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

Beynəlxalq yoldaşlıq görüşü 7 iyun

21.00. Azərbaycan - Albaniya 1:3

Qollar: Bayrami, 11. Manaj, 81. Laci, 87. - Musa Qurbanlı, 90 Hakim: Mihali Kaprali (Macarıstan). Sombatxey. “Haladas SportKomplexum”

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev.

Baş məşqçi: Arif Əsədov

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Bayrami, Ramadani, Asani, Seferi, Broxa.

Baş məşqçi: Silvinyo

Xəbər Lenti