Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Dec 2023 15:15
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Voskanyan Qaqik Aşotinin verilmiş ittihamlarla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hazırda təqsirləndirilən şəxsin vəkili Dilsuz Məmmədov müdafiə çıxışı edir.
Gün ərzində hökm elan ediləcəyi gözlənilir.
***
Vəkil çıxışında müvəkkilinə münasibətdə ədalətli hökm çıxarılmasını xahiş edib.
“Mən ədalətli mühakimə edilməyimi istəyirəm. Yalvarıram”, - Voskanyan son sözündə deyib.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.



Mənbə: qafqazinfo.az