“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq

“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq

Tarix: 05 Sep 2026 15:01

“Sabah” Futbol Klubu uşaq futbolunun davamlı inkişafı məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 27-də imzaladığı sərəncamla “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə kluba 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

“Sabah” isə bu vəsaitə əlavə olaraq öz büdcəsindən daha 5 milyon manat ayırmaq qərarına gəlib.

Beləliklə, “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” proqramının ilkin kapitalı 10 milyon manat təşkil edəcək.

Klubun açıqlamasına görə, əsas məqsəd ayrılan vəsaiti birbaşa xərcləmək deyil, onu qoruyaraq artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunması, gəlir gətirməsi və əldə edilən gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.

Bundan başqa, bu mövsüm UEFA Çempionlar Liqasında keçiriləcək oyunlarda bilet satışından əldə olunacaq vəsaitin müəyyən hissəsinin də proqrama yönəldilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində futbol infrastrukturunun inkişafı, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərinin gücləndirilməsi planlaşdırılır.

“Sabah” klubu uşaq futbolu

Mənbə: apa.az

Xəbər Lenti