, 18 Yanvar, 2026
Tarix: 08 Jun 2024 17:52
Zərdab rayonunun Qoruqbağı kəndində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, "Беларусь" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşquya yığılan 4,5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.