- Cümə, 10 Yanvar, 2025
Tarix: 08.06.2024 17:32
Milli Hidrometeorologiya Xidməti müşahidə olunan küləkli hava şəraiti haqqında məlumat açıqlayıb.
Xidmətdən APA-ya verilən xəbərə görə, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Mingəçevirdə 26 m/s, Daşkəsən 25 m/s, Goranboyda 23 m/s, Naxçıvan, Gəncə, Zaqatalada 20 m/s, Şəkidə 18 m/s, Ağdamda 16 m/s təşkil edir.