Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının  detallarını açıqlayıb

Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb

Tarix: 06 Sep 2026 10:44

Rusiya Prezidenti Vladimir Putinin Moskvaya gələn Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü "məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı" olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Yuri Uşakov qeyd edib ki, danışıqlar 3 saatdan çox davam edib, Uitkoff və Kuşner Kiyevdə keçiriləcək qarşıdan gələn görüşlərində Putindən aldıqları qiymətləndirmələrdən istifadə edəcəklərinə söz veriblər. Eyni zamanda Putin Ukraynada hərbi əməliyyatlarla bağlı “hərtərəfli qiymətləndirilməsini” təqdim edib və Ukraynadakı münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını vacib sayıb:"Uitkoff və Kuşner münaqişənin həlli ilə bağlı təkliflərini təqdim ediblər. Tərəflər həmçinin Rusiya və ABŞ arasında mümkün birgə layihələri müzakirə ediblər".

Kreml rəsmisi Putin və Trampın şəxsi təmaslarını davam etdirəcəklərini, Uitkoff və Kuşnerin isə Ukrayna nizamlanması üzərində işləyəcəklərini əlavə edib.

Fərid Əkbərov Putin Uitkoff Kuşner

Mənbə: apa.az

Xəbər Lenti