Bazar, 6 Sentyabr, 2026
Tarix: 06 Sep 2026 11:01
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib.
Bu barədə “Al Jazeera“ məlumat yayıb.
Yəmənin Taiz vilayətində hökumət qüvvələri ilə husilər arasında toqquşmaların intensivləşməsi nəticəsində mülki şəxslər də daxil olmaqla, 60-dan çox ölən var.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan hərbi qüvvələrlə husilər arasında Taiz və Hudeydə vilayətlərində, eləcə də Qırmızı dənizin qərb sahili boyunca döyüşlər davam edir.
Yəmən ordusu Hudeydənin cənubunda yerləşən, Hudeydə, Taiz və İbb vilayətlərini birləşdirən Hays rayonuna yenidən nəzarəti ələ keçirdiyini bildirib.
BiMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib ki, Taizdə döyüşlərin şiddətlənməsi nəticəsində son iki gün ərzində təxminən 1 800 ailə öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Yəmən döyüşlər husilər Taiz Hays rayonu
Mənbə: apa.az