Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçilib

Tarix: 09.06.2024 21:00

“Fənərbaxça” futbol klubunun prezidentliyi uğrunda gedən mübarizədə Ali Koç yenidən səslərin çoxunu alaraq klubun prezidenti olub.

APA xəbər verir ki, təxminən 27 min üzvün səs verdiyi seçkidə Əziz Yıldırımı geridə qoyan Ali Koç üçüncü dəfə Fənərbaxçanın prezidenti seçilib.

Hər iki namizəd bir neçə dəqiqə əvvəl görüşüb və qeyri-rəsmi nəticələrə görə geridə qalan Əziz Yıldırım Ali Koçu təbrik edib.

Xəbər Lenti