Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO

Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO

Tarix: 07 Sep 2026 13:22

Cəlilabad rayonunda yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi işləri aparılarkən torpaq qatının altından saxsı qablar və müxtəlif küplər üzə çıxıb.

İlkin ehtimallara görə, tapılan küplər əsasən məişətdə istifadə olunan qablardır.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması ehtimal edilir.

Aşkarlanan arxeoloji tapıntılar barədə artıq aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq tarixinin müəyyənləşdirilməsi gözlənilir.

İlkin Rzayev Cəlilabad yol tikintisi qədim yaşayış məskəni
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti