Bakı-Ağstafa qatarına Tovuz stansiyasında dayanacağın verilməsi bərpa edilir

Tarix: 10 Jun 2024 16:06

Tovuz stansiyasından keçən dəmir yolunda aparılan təmir işləri yekunlaşdığından bu gündən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlara bu stansiyada dayanacağın verilməsi bərpa edilir.

Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadən xəbər verir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və ya 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər Lenti