- Cümə, 10 Yanvar, 2025
Tarix: 10.06.2024 22:18
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan yaralıya yerində yardım göstərilib.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzdən APA-ya məlumat verilib.
"1 nəfərə (qadın cinsli) aşağı ətrafın 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə yerində yardım olunub"- qeyd olunub. *** Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən fərdi yaşayış evində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.