Kriptobirjada son durum- “Bitcoin” cüzi ucuzlaşıb

Kriptobirjada son durum- “Bitcoin” cüzi ucuzlaşıb

Tarix: 09 Sep 2026 08:29

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,03% ucuzlaşaraq 78 869,12 ABŞ dollarına enib.

“Ethereum” 0,60% bahalaşaraq 2 499,92 dollara, BNB 1,09% artaraq 750,95 dollara, “Zcash” isə 5,01% yüksələrək 1 190,40 dollara çatıb. “Bittensor” 0,23% bahalaşaraq 256,84 dollara yüksəlib.

“Monero” 1,69% ucuzlaşaraq 501,55 dollara, “Bitcoin Cash” isə 0,06% azalaraq 258,47 dollara düşüb.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 1,34% azalaraq 4 377,57 dollara, “Tether Gold” (XAUT) isə 1,32% ucuzlaşaraq 4 374,52 dollara enib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması 0,04% azalaraq 2,68 trln. dollar təşkil edib. “Fear & Greed” indeksi 72 bənd səviyyəsindədir.

Bazarda ehtiyatlı dinamika Yaxın Şərqdə gərginliyin artması, neftin qiymətinin 100 dollara yaxınlaşması və bunun inflyasiya risklərini gücləndirməsi fonunda müşahidə olunur. İnvestorların diqqəti cümə günü açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə yönəlib. Hazırda bazarda FED-in gələn həftə faiz dərəcəsini artırması və ya dəyişməz saxlaması ehtimalları bir-birinə yaxındır.

Rahim Tarıverdiyev Kriptovalyuta btc Bitcoin

Mənbə: apa.az

Xəbər Lenti