Çinin Lyanyunqan limanı: Bakı Limanı Avropaya açılan mühüm qapıdır

Çinin Lyanyunqan limanı: Bakı Limanı Avropaya açılan mühüm qapıdır

Tarix: 09 Sep 2026 12:28

Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə qapı və liman kimi böyük inkişaf potensialına malikdir. “APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib. Onun sözlərinə görə, Lyanyunqan limanı ilə Bakı Limanı arasında 2018-ci ilin ortalarından etibarən sıx tərəfdaşlıq əlaqələri qurulub. “2024-cü ildə biz Transxəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq. 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq”, - Jiang Vei bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət verilir. “Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşdüm və müvafiq məsələləri ətraflı müzakirə etdik”, - Çin rəsmisi əlavə edib.

Emil İsmayılov Bakı Limanı Xəzər dənizi

Mənbə: apa.az

Xəbər Lenti