Eldar Salahov: Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanına da təsir edir

Eldar Salahov: Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanına da təsir edir

Tarix: 09 Sep 2026 12:19

Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanının fəaliyyətinə təsirsiz ötüşmür.

APA-Economics xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Limanının baş direktoru Eldar Salahov bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulmayan əlavə yük həcmləri meydana gələ bilir və hazırda həmin yüklərin, eləcə də ümumilikdə Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı Limanı tərəfindən tədbirlər həyata keçirilir.

Eldar Salahov vurğulayıb ki, yeni yük aşırma avadanlıqlarının, lokomobillərin, kran avadanlıqlarının, konteyner yükləyicilərinin və digər avadanlıqların alınması istiqamətində fəaliyyət davam edir.

"Lakin biz anlayırıq ki, burada təkcə texniki imkanların artırılması deyil, eyni zamanda əməliyyat səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmə və məlumat mübadiləsi istiqamətində də kifayət qədər işlər aparılır və Bakı Limanı bu yüklərin qarşılanmasına hazırdır", - Eldar Salahov vurğulayıb.

Emil İsmayılov

Mənbə: apa.az

Xəbər Lenti