“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!

“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!

Tarix: 09 Sep 2026 14:00

KASKO sığortası artıq yalnız gözlənilməz hadisələr zamanı avtomobilinizin zərərini qarşılayan sığorta deyil.

“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinin avtomobillərinə gündəlik qayğısını da daha rahat və sərfəli etmək üçün yeni imkanlar təqdim edir. İndi KASKO sığorta ilə avtomobilinizi maddi zərərlərdən qorumaqla yanaşı, “PAŞA Sığorta”nın təqdim etdiyi xüsusi imtiyazlardan da faydalana bilərsiniz.

Belə ki, “PAŞA Sığorta”nın KASKO sığortalı fərdi müştəriləri seçilmiş tərəfdaşların təqdim etdiyi avtomobil xidmətlərindən xüsusi endirimlərlə yararlana biləcəklər.

Hazırda aktiv olan təkliflərə əsasən, “Motor Clinic” avtoservisindən avtomobil xidmətlərinə 15%, “Prime Tuning”dən isə 20% özəl endirim əldə edə bilərsiniz.

Endirim elektron diaqnostika, hərəkət hissəsinin yoxlanışı, yağ və filtr dəyişiklikləri, əyləc sisteminə xidmət, amortizator və asqı hissələrinin dəyişdirilməsi, təkər dəyişməsi və balansı, təkər nizamlanması və digər xidmətlərə şamil olunur. Kimyəvi təmizləmə, cilalanma, rəngsaz, dəmirçi və elektrik işləri, avtoyuma, PDR, PPF, audio sistem quraşdırılması və digər xidmətlər də bu üstünlüklər sırasındadır.

Müştərinin tərəfdaş xidmət məntəqəsinə müraciət edərək “PAŞA Sığorta” mobil tətbiqində aktiv sığorta şəhadətnaməsini təqdim etməsi kifayətdir.

Mənbə: apa.az

Xəbər Lenti