ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib

ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib

Tarix: 10 Sep 2026 03:39

ABŞ hərbçiləri sentyabrın 9-da Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan sürətli qayığa növbəti zərbə endiriblər.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın açıqlamasına görə, sürətli qayıq Karib dənizində narkotiklərin qaçaqmalçılığı üçün istifadə edilən məlum marşrutlardan birində hərəkət edib.

Zərbə nəticəsində qayıqda olan üç nəfərin öldüyü bildirilir.

“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərirdi”, – ABŞ Cənub Komandanlığı bildirib.

ABŞ Karib dənizi narkotik qaçaqmalçılığı hərbi əməliyyat

Mənbə: apa.az

Xəbər Lenti