Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 08:41
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son 24 saatda 0,68% ucuzlaşaraq 78 355,31 ABŞ dollarına enib.
“Ethereum” 0,79% azalaraq 2 477,58 dollara, BNB 3,77% ucuzlaşaraq 722,83 dollara, “Bittensor” isə 0,11% geriləyərək 257,46 dollara düşüb.
Bununla yanaşı, bəzi kriptovalyutalarda bahalaşma müşahidə olunub. “Zcash” 3,05% bahalaşaraq 1 247,67 dollara, “Monero” isə 2,27% artaraq 514,81 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutaların qiymətində də artım qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,79% bahalaşaraq 4 412,71 dollara, “Tether Gold” (XAUT) isə 0,71% artaraq 4 408 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son sutkada 0,95% azalaraq 161,87 bənd təşkil edib.
Kriptovalyuta bazarına Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiymətinin 100 dollardan yuxarı qalması, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ilə bağlı qeyri-müəyyənlik təzyiq göstərir.
Bazar iştirakçıları sentyabrda FED-in faiz dərəcəsini artırması ehtimalını təxminən 60% qiymətləndirirlər. İnvestorların diqqəti faiz qərarına təsir göstərə biləcək ABŞ-nin inflyasiya göstəricilərinə yönəlib.
Rahim Tarıverdiyev Bitcoin kriptovalyuta FED maliyyə bazarları
Mənbə: apa.az