Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 12:00
Yenidənqurma prosesi uzunmüddətli ərazi transformasiyasına çevrilə bilər.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində “Öhdəliklərdən icraya: İqlim-şəhər tərəfdaşlıqları vasitəsilə sağlam və dayanıqlı şəhərlər” adlı tədbirdə deyib.
O bildirib ki, iqlim fəaliyyətinin əsas məqsədi qlobal öhdəlikləri yerli səviyyədə konkret fəaliyyətə və praktiki həllərə çevirmək olmalıdır: “İnteqrasiya olunmuş yanaşma böhrandan sonrakı dövrdə xüsusilə əhəmiyyətlidir. Yenidənqurma prosesi uzunmüddətli ərazi transformasiyasına çevrilə bilər. Bu proses xüsusi planlaşdırmanı, mənzil təminatını, infrastrukturu, ictimai xidmətləri və iqtisadi inkişafı birləşdirir, eyni zamanda dayanıqlılığı və davamlılığı ən ilkin mərhələdən etibarən özündə ehtiva edir. COP31-ə doğru əsas məqsədlərdən biri qlobal öhdəliklərlə yerli səviyyədə fəaliyyət arasında əlaqəni gücləndirməkdir. Buna inteqrasiya olunmuş planlaşdırma, çoxsəviyyəli idarəetmə, maliyyələşmə və tərəfdaşlıq vasitəsilə nail olmaq mümkündür”.
Anar Quliyev qeyd edib ki, dialoqun nəticəsi yalnız müəyyən edilmiş öhdəliklərin sayı ilə deyil, yaradılacaq tərəfdaşlıqlar, yatırılacaq investisiyalar və ortaya qoyulacaq praktiki həllərlə ölçülməlidir: “İqlim ambisiyalarının şəhər səviyyəsində konkret fəaliyyətə çevrilməsi xüsusi əhəmiyyət daşıyır”.
Firuzə Vahid Anar Quliyev BMTMənbə: apa.az