, 18 Yanvar, 2026
Tarix: 12 Jun 2024 01:35
Hacıqabulda baş vermiş ağır qəzanın bəzi təfərrüatları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürcünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.
Avtomobildə olan sərnişinlər- sürücünün həyat yoldaşı 1972-ci il təvəllüdlü Xıdırova Sara Cəlal qızı və oğlu 1991-ci il təvəllüdlü Xıdırov Vəli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
01:18
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürcünün 20 yaşlı qızı xəstəxanaya çatdırılarkən yolda ölüb. Avtomobildə olan 3 nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.