Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 13:58
Bu ilin birinci yarısında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 223 nəfər təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 4 nəfər və yaxud 1,83% artıb.
Son üç ildə soydaşlarımız arasında doğum səviyyəsində azalma müşahibə olunur. Bu ilin ilk yarısında Kvemo Kartlidə 1 982 doğum qeydə alınıb, bu isə 2025-ci ilin eyni göstəricisindən 19 nəfər, 2024-cü ilin eyni göstəricisindən isə 192 nəfər azdır.
Bölgədə nikahların sayı 1 302, boşanmaların sayı isə 674 təşkil edib.
Hesabat dövründə ümumilikdə Gürcüstan üzrə təbii artım azalaraq mənfi 4 715 nəfər təşkil edib. Müsbət təbii artım Tbilisidə (424 nəfər) və Acarıstanda (330 nəfər) qeydə alınıb. Qonşu ölkə üzrə nikahların sayı 10 006, boşanmaların sayı isə 6 095 olub.
Cəmilə Babayeva #Gürcüstan #AzərbaycanMənbə: apa.az