Şənbə, 12 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 22:00
Rusiyanın Arxangelsk vilayətində yük avtomobili, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 12 nəfər ölüb.
Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
“Üç avtomobil – “KamAZ” markalı yük maşını, mikroavtobus və minik avtomobili toqquşub. Hadisə nəticəsində 12 nəfər ölüb”, – məlumatda bildirilib.
Qəza Primorsk və Xolmoqorsk rayonlarının sərhədində baş verib.
Rusiya Arxangelsk yol qəzası avtomobil
Mənbə: apa.az