Bazar, 13 Sentyabr, 2026
Tarix: 13 Sep 2026 07:43
Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, NATO Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında hərbi təlimlərini gücləndirməlidir.
Bu barədə “Yevropeyskaya pravda” nəşri məlumat yayıb.
Sikorski Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” konfransında çıxışı zamanı bildirib ki, Varşava Kalininqrad vilayətindəki vəziyyəti “çox diqqətlə izləyir”.
Polşa XİN rəhbərinin fikrincə, NATO-nun bölgədə keçirdiyi təlimlər “aqressiv” xarakter daşımalı və alyansın gələcək addımları ilə bağlı Rusiya rəhbərliyi üçün qeyri-müəyyənlik yaratmalıdır.
Polşa NATO Radoslav Sikorski Kalininqrad
Mənbə: apa.az