Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında minimal hesablı qələbə qazanıb

Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında minimal hesablı qələbə qazanıb

Tarix: 13 Sep 2026 22:58

Türkiyə Super Liqasında V tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Qalatasaray" meydana çıxıb.

Komanda "Kocaelispor"u qəbul edib.

Oyun "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Abdülkerim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub - 1:0.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir.

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti