Gəncədə 38 yaşlı kişi bıçaqlanıb

Tarix: 08 Dec 2023 00:08

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Səbuhi Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

38 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti