Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək

Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək

Tarix: 14 Sep 2026 11:00

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Firuzə Vahid Küləkli hava külək kran iş

Mənbə: apa.az

Xəbər Lenti