Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO

Tarix: 14 Sep 2026 19:07

Media və Yayım Şurasında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə APA-ya Media və Yayım Şurasından məlumat verilib.

Məlumata görə, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib.

Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşma imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Firuzə Vahid Media və Yayım Şurası Türkiyə Prezidenti Administrasiyası Əhməd İsmayılov
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti