8 ayda DSMF-nin xərcləri 490 milyon manat artaraq 5 milyard 494 milyon manat olub

8 ayda DSMF-nin xərcləri 490 milyon manat artaraq 5 milyard 494 milyon manat olub

Tarix: 15 Sep 2026 12:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olmaqla 5 milyard 712 milyon manat təşkil edib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri isə 5 milyard 494 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 490 milyon manat çoxdur.

Gülcahan İmanqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF

Mənbə: apa.az

Xəbər Lenti