Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Tarix: 16 Sep 2026 11:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-avqust aylarında 265 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 119 min şəxs münasib işlərlə təmin olunub, 3,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunub ki, 12 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 130,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Gülcahan İmanqızı ƏƏSMN məşğulluq

Mənbə: apa.az

Xəbər Lenti