Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 13:12
“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub.
Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
Qəbələ futbol klubuMənbə: apa.az