Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 17:34
İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Bildirilib ki, İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb.
“İsveçdəki İran səfirliyinin əməkdaşına Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlə əlaqədar ölkəni tərk etmək təklif edilib”, – hökumətin açıqlamasında deyilir.
İlqar Xudiyev İran İsveç səfirlik əməkdaşının ölkədən çıxarılması
Mənbə: apa.az