Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 10:08
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48954 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.
APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-avqust ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm olub.
doğuş üçəm əkizMənbə: apa.az