Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 08 Dec 2023 11:01
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
“Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Ağdam klubu liderliyini, “Sumqayıt” isə 3-cü pillədəki mövqeyini qorumağa çalışacaq.
“Qəbələ” – “Kəpəz” və “Zirə” – “Araz-Naxçıvan” oyunları dekabrın 9-da, “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” matçları isə ayın 10-da baş tutacaq.
Azərbaycan Premyer Liqası 16-cı tur 8 dekabr
“Sumqayıt” – “Qarabağ” “Kapital Bank Arena”, 19:30.
Mənbə: qafqazinfo.az