“Formula-1”lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

“Formula-1”lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Tarix: 19 Sep 2026 14:17

“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar Bakıda bir sıra müntəzəm və ekspres avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

"APA-Economics" xəbər verir ki, sentyabrın 19-u saat 21:00-dan sentyabrın 21-i saat 00:00-dək 13 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Belə ki, 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra isə öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək. M9 nömrəli ekspres marşrutun “Həzi Aslanov” metrostansiyası istiqamətində hərəkəti isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə təmin ediləcək.

Sentyabrın 21-dən 26-dək isə ümumilikdə 26 marşrutun hərəkət sxemində dəyişiklik olacaq.

Bu müddətdə 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək. 20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil olunacaq.

M9 nömrəli marşrut “Elmlər Akademiyası” metrostansiyası istiqamətində Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə, əks istiqamətdə isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut iki istiqamət üzrə – “Nəriman Nərimanov” metrostansiyası–Süleyman Rəhimov küçəsi və Salyan şosesi–Bibiheybət məscidi–Bakı Funikulyoru (Bəhram Gur heykəli) istiqamətlərində xidmət göstərəcək.

6 nömrəli marşrut da iki istiqamətdə – “Azadlıq prospekti” metrostansiyası–Axundov bağı və 20-ci Sahə–Bəhram Gur heykəli üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri, 65 nömrəli marşrutun “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti isə Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti ilə təşkil olunacaq.

88 nömrəli marşrut “28 May” metrostansiyası istiqamətində Azadlıq prospekti və Füzuli küçəsi ilə hərəkət edəcək.

10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri ilə təmin ediləcək.

125 nömrəli marşrutun “28 May” metrostansiyası istiqamətində hərəkəti Lökbatan dairəsi–İpək yolu (Dairəvi yol)–Mikayıl Müşfiq küçəsi–Badamdar dairəsi–Mikayıl Müşfiq küçəsi–Abdulla Şaiq küçəsi–Mirzəağa Əliyev küçəsi–Şəmsi Bədəlbəyli küçəsi–Azadlıq prospekti–Dilarə Əliyeva küçəsi–Puşkin küçəsi üzrə təşkil ediləcək.

149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM), 195E nömrəli marşrut isə Ələt qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

Bundan başqa, “Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Rahim Tarıverdiyev Formula 1 marşrut AYNA

Mənbə: apa.az

Xəbər Lenti