Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb

Tarix: 15 Jun 2024 19:17

İsmayıllıda qadını elektrik cərəyanı vurub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Xəbər Lenti