Bazar, 20 Sentyabr, 2026
Tarix: 20 Sep 2026 20:05
Türkiyə Super Liqasında VI tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.
Komanda "Eyüpspor"la qarşılaşıb. Görüş "sarı-lacivərdlilər"in tam üstünlüyü ilə keçib.
Vedat Muriçin poker, Mason Qrinvudun dubl etdiyi matçda "Fənər" 8:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə xallarının sayını 10-a çatdıran İstanbul nəhəngi 5-ci pilləyə yüksəlib.
ApaSportMənbə: apa.az