Robert Mobili: Gəncəsər Monastır Kompleksinin erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur

Robert Mobili: Gəncəsər Monastır Kompleksinin erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur

Tarix: 21 Sep 2026 17:30

"Azərbaycanın Dövlət Suverenliyi Gününün qeyd olunduğu dövrdə, müqəddəs Məryəm Ananın Mövludu günündə Gəncəsər Monastır Kompleksini ziyarət etmək bizim üçün çox xoşdur”.

APA xəbər verir ki, bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili Gəncəsər Monastır Kompleksində jurnalistlərə açıqlamasında deyib. O, işğaldan azad olunmuş ərazilərdə indiyədək bir çox kilsələrdə olduqlarını, dualar oxuduqlarını deyib: “Ümumiyyətlə, Gəncəsər Monastır Kompleksi Qafqaz Albaniyasında mövcud olmuş Alban kilsələrinin mirvarisidir. Bu, çox zəngin irsdir. Həmin kilsələrin, o cümlədən də bu monastrın erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Bu, Alban kilsəsidir. Azərbaycan ərazisində yerləşən bütün tarixi məbədlərin, o cümlədən Alban kilsələrinin varisi Azərbaycandır, bu, birmənalıdır.

Bu gün Azərbaycanda olan tolerant mühit bizə güc verir. Biz belə bir mühitdə kilsələri ziyarət edirik. Bu, bizim doğma irsimizdir”, deyə Robert Mobili vurğulayıb.

Elgün Gəncimsoy Gəncəsər Monastır Kompleksi Robert Mobili

Mənbə: apa.az

Xəbər Lenti