Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 21 Sep 2026 17:20
“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
“Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyində təsərrüfathesablı qurum olacaq.
Firuzə Vahid Bakı Biznes Mərkəzi Mədəniyyət NazirliyiMənbə: apa.az