Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 07:27
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün doğma yurdumuza, öz torpağımıza qayıdırıq. Allah Prezidentimizin canını sağ eləsin, bizə bu günü yaşatdı”.
Bunu APA-ya açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov deyib.
“33 il ərzində o qədər yer dəyişdik ki, 20-dən çox yerdə yaşadıq. Qaçqınçılıq elə bir həyatdır ki, bunu yalnız qaçqın olanlar bilir. Bu, çox ağır həyatdır. Prezidentimiz bizi bu əziyyətdən, bu qaçqınçılıq həyatından azad etdi”, – o bildirib.
N.Cəfərov doğma kəndinə ailəsi ilə birlikdə qayıtdığını qeyd edib:
“Mən həyat yoldaşımla qayıdıram. Oğlum və nəvəm də öz maşınları ilə gələcəklər. Dövlət tərəfindən bizim üçün avtobuslar ayrılıb, bizi kəndimizə aparacaqlar”.
Çapar Ağdərə Böyük Qayıdış Nəcəf Cəfərov
Mənbə: apa.az