Rusiya ordusu Dnepri bombalayıb, 4 nəfər ölüb

Rusiya ordusu Dnepri bombalayıb, 4 nəfər ölüb

Tarix: 22 Sep 2026 10:26

Rusiya ordusunun ötən gecə Dneprə hücumlarında 4 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

“Ukrainskaya Pravda” xəbər verir ki, Krivoy Roq, Dnepr və Pavloqrad bölgələrinə hücumlar nəticəsində anbarlar və bəzi müəssisələrə ziyan dəyib.

Dağıntılar altında qalanların olması ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Toğrul Quluzadə Rusiya Ukrayna Dnepr çayı hücum

Mənbə: apa.az

Xəbər Lenti