Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 12:07
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 52,9 min şəxsə ambulator, 24,8 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
Mənbə: apa.az