Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 17:23
“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.
Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.
“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq”, – Bəxtiyar Məmmədov bildirib.
Rahim Tarıverdiyev metro ödənişsiz girişMənbə: apa.az