Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

Tarix: 22 Sep 2026 17:15

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

APA xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 5 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Amin Əliyev, Turab İsmayılov, Ülvi Həsənov, Xudu Xudiyev və Mehdi Əsədovun adı siyahıya əlavə edilib.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 46 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

Gülcahan İmanqızı plastik cərrah Səhiyyə Nazirliyi

Mənbə: apa.az

Xəbər Lenti