Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 15:05
Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub.
APA xəbər verir ki, bu cəzaçəkmə müəssisələrində sərəncam, ümumilikdə, 4 nəfərə şamil edilib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Emin Şirvanzadə Prezident İlham Əliyev Sərəncam əfv








Mənbə: apa.az