Əfv sərəncamı şamil olunan Pakistan vətəndaşı azadlığa buraxılıb - FOTO

Əfv sərəncamı şamil olunan Pakistan vətəndaşı azadlığa buraxılıb - FOTO

Tarix: 23 Sep 2026 16:29

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qadın məhkunların cəza şəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

APA xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 1 nəfərə şamil edilib.

Pakistan vətəndaşı Soniaya Sabir Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli hökmü ilə məhkum edilib. O, Əfv sərəncamının şamil edildiyi yeganə qadın məhkumdur.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunanlar arasında 5 əcnəbi də var.

Emin Şirvanzadə Əfv sərəncam əcnəbi Pakistan
Əfv sərəncamı şamil olunan Pakistan vətəndaşı azadlığa buraxılıb - FOTO
Əfv sərəncamı şamil olunan Pakistan vətəndaşı azadlığa buraxılıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti