Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB-1

Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB-1

Tarix: 23 Sep 2026 19:06

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası təmin edilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, m“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidməti üzrə tam təmin edilib. Əfv sərəncamı 20 şəxsə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 19 nəfər (onlardan 5-i əcnəbidir), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

***

16:34

Əfv sərəncamının icrası başa çatıb.

APA xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunanlar arasında Azərbaycanda cəza çəkən 5 əcnəbi də var.

***

14.11

Prezident İlham Əliyevin bu gün imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın icrasına başlanılıb.

APA xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunur.

Sərəncamın icrasının bu gün başa çatacağı gözlənilir.

Emin Şirvanzadə Əfv sərəncam icra

Mənbə: apa.az

Xəbər Lenti