“Qvardiola dünya futboluna zərər də verdi” 
 - Messi

“Qvardiola dünya futboluna zərər də verdi” - Messi

Tarix: 16 Nov 2023 02:43

“İnter Mayami”nin futbolçusu Lionel Messi İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola barədə açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

O bildirib ki, Qvardiola dünya futboluna zərər gətirib:

“O, təkcə İspaniyada deyil, dünyada futbolu dəyişdi. Buna görə deyə bilərik ki, o, hətta futbola zərər də vurdu. İndi çoxları öz üslublarını inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışırlar”.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti